London birjasına giriş bağlanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bir qrup aktivist London birjası qarşısında aksiya keçirib.
Etirazçılar özlərini birjanın qapısına bağlayaraq girişi əngəlləyib. Hazırda birjaya giriş qapanıb.
Qeyd edək ki, London birjası dünyanın bir nömrəli ticarət alqı-satqı və biznes mərkəzi hesab olunur.
Aksiyanı Extinction rebellion qrupu təşkil edib.