26 Aprel 2019 12:40
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen In Rusiyaya səfərini başa çatdırıb və Vladivostokdan ayrılıb.

Teleqraf.com xəbər verir ki, Şimali Koreya lideri Uzaq Şərqə gəldiyi xüsusi qatarla ölkəsinə qayıdıb.

Yola düşməzdən öncə Kim Çen xüsusi yolasalma mərasimində iştirak edib.

Vladivostokdakı stansiya meydanında Kim Çen və Uzaq Şərqin İnkişaf Nazirliyinin rəhbəri Aleksandr Kozlov iki ölkənin himnini dinləyiblər.

Qeyd edək ki, KXDR lideri aprelin 24-də Rusiyaya gəlib. O, növbəti gün Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb.

Tərəflər ikitərəfli münasibətlərin gündəliyə dair məsələləri, o cümlədən beynəlxalq münasibətlərlə bağlı məsələləri müzakirə ediblər.

Liderlər birgə bəyanat verməyib və görüşdən sonra heç bir sənəd imzalanmayıb. Ancaq dövlət başçıları uzun bir aradan sonra ilk dəfə ikitərəfli əməkdaşlığın qurulması mövzusunda razılaşıblar.


Müəllif: Səxavət

Oxşar xəbərlər