26 Aprel 2019 16:11
2 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan bu günlərdə Moskvaya səfər edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumatlı mənbəyə istinad edib:

“Türkiyənin baş kəşfiyyat zabiti Prezident Rəcəb Tayyib Ərdoğanı lap bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqlarda müşayiət edib. Güman etmək olar ki, Hakan Fidanın Rusiya xüsusi xidmət orqanlarından olan həmkarları ilə görüşlərində hər iki prezidentin əldə etdiyi razılaşmaların konkretləşdirilməsi və həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb”.

“RİA Novosti” Hakan Fidanın Moskvaya səfərinin şərh edilməsi üçün Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosuna müraciət edib.

Ancaq büro Hakan Fidanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə görüşünə dair xəbəri təsdiqləməkdən imtina edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər