4 Sentyabr 2014 20:56
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Krasnodar vilayətində yerləşən Gelencik aeroportu Mi-8 vertolyotunun qəzasından sonra öz işini dayandırıb.

ANS PRESS-in məlumatına görə, bu haqda RİA xəbər agentliyi bildirib.

"Uçuşlar müvəqqəti olaraq dayandırılıb. Reyslər Krasnodarın və Anapanın ehtiyat aerodromlarına yönələcəklər",- deyə aeroportu idarə edən "Bazel Aero" şirkətinin xəbərində deyilir.

Bundan başqa, regionun güc strukturlarında olan mənbə vertolyotun qəzasının ehtimal edilən səbəbi kimi ekipajın səhvini göstərirlər.

Qəzanın bu gün saat 15.30-da baş verdiyi deyilir. Nəticədə iki nəfər həlak olub, bir nəfər yaralanıb.


Müəllif: