27 Aprel 2019 10:03
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp 2013-cü ildə BMT-nin nəzdində imzalanan silah satışı razılaşmasından çıxacağını bəyan edib.

Teleqraf.com-un məlumatına görə, prezident bildirib ki, BMT yaxınlarda ABŞ-ın bu razılaşmanı rədd etdiyinə dair rəsmi mövqe ilə tanış olacaq.

Prezident Senatı imzaladığı qərarı qəbul müddətini təxirə salmamağa çağırıb:

“Demokratlar günahkar əcnəbilərin heç bir hesab vermədən ortada sərbəst hərəkət etməsinə icazə verdikləri halda qanunlara tabe olan vətəndaşları silahsızlaşdırmaq istəyir. Mənim prezidentliyim dövründə bu, əsla olmayacaq”.

Qeyd edək ki, BMT-nin Silah Ticarəti Anlaşmasını 2013-cü ildə sabiq ABŞ Prezidenti Barak Obama imzalayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər