27 Aprel 2019 20:43
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Baş naziri Cüzeppe Konte Çində keçirilən ikinci “Bir kəmər – bir yol” beynəlxalq forumu çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşərkən ona Liviya böhanının həllində birgə işləməyi təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə İtaliya nümayəndə heyətindəki mənbə bildirib.

Məlumata görə, iki lider arasında söhbət məhsuldar və intensiv olub.

İtaliyanın “Ansa” agentliyi Pekindən xəbər verir ki, Konte Putinə Liviyada mövcud vəziyyətlə bağlı öz qiymətləndirməsini çatdırıb və böhranın birgə həllinə dair qayğıları bölüşməyə çağırıb.

İtalyan qaynaqları bu mövzu ilə əlaqədar müzakirələrin davam etdiriləcəyini söyləyib.


Müəllif: Səxavət

Oxşar xəbərlər