Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun rəhbərliyi ilə nümayəndə heyəti aprelin 28-29-da İraqda səfərdə olacaq.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Türkiyə nümayəndə heyəti Bağdad, Bəsrə və Ərbildə görüş keçirəcək.
Səfər zamanı əsasən terrorla mübarizə və İraqın yenidən qurulmasına dair məsələlər müzakirə ediləcək.