Sabah İspaniyada parlament seçkiləri keçiriləcək.
Teleqraf.com xəbər verir ki, ölkənin idarə olunmasında fikir ayrılıqları, Kataloniya problemi, radikal sağ qüvvələrin fəallaşmasıvə işsizliyin 36,8 faiz həddə çatması yeni seçkiləri qaçılmaz edib.
Sabah 36,8 milyon seçicinin iştirak edəcəyi seçkidə 350 deputat, 208 senator seçiləcək. Ölkədə 23196 seçki məntəqəsi var.
Xatırladaq ki, İspaniyada ən çox deputat seçilən 5 iri şəhəri var.
Paytaxt Madriddən 36, Barselonadan 31, Valensiyadan 16, Sevilla və Alikante şəhərindən isə 12 deputat seçiləcək.
Seçki kampaniyasının ana xəttini Kataloniya problemi və işsizlik təşkil edib.