27 Aprel 2019 18:50
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın İdlib bölgəsində terrorçulara qarşı mübarizəni davam etdirmək məcburiyyətindəyik.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya lideri əlavə edib ki, İdlibdə terrorçulara qarşı mübarizə çərçivəsində hücum zamanı mülki əhalini də düşünmək lazımdır: “Mən İdlibdə geniş miqyaslı hücumu gözardı etmirəm, amma indi uyğun zaman deyil”.

Putin əlavə edib ki, ABŞ-ın İran neftinin ixracatına tətbiq etdiyi ikinci mərhələ sanksiyalardan sonra Rusiya neft istehsalını artırmayacaq: “Bəlli bir səviyyədə istehsalla ə bağlı OPEC-lə razılaşma var və bu anlaşma avqustda başa çatacaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər