72 yaşlı Jan Jak Savin adlı fransız səyyah çəllək üzərində Atlantik okeanını keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə səyyah AFP-yə müsahibəsində məlumat verib əlumatında deyib.
“122 gün və 9 saatdan sonra Karib dənizi akvatoriyasında oldum. Səyahət bitdi. Hər kəsə təşəkkür edirəm”, - deyə səyyah söyləyib.
Səyyah öz səfərinə ötən ilin dekabrında Kanar adalarından başlayıb.
Qeyd edək ki, çəllək uzunluğu 3, eni isə 2,10 metr olan silindirli konteynerdən ibarətdir.