4 Sentyabr 2014 22:47
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada hökümət qüvvələrinə qarşı döyüşən 2 Çexiya vətəndaşı həlak olub.

Onlardan biri Brno şəhərindən olan İvo Steyskaldır. O, Donetskdə keçirilmiş mitinqdəki çıxışı ilə yadda qalıb. İ.Steyskal avqustun 12-də Donbassdakı Krasno Luç şəhəri yaxınlığında yerləşən Miusinsk ətrafında gedən vuruşmalarda həlak olub. Bu barədə onun bacısı Monika Steyskalova bu həftə sosial şəbəkədə məlumat verib.

Miusinsk yaxınlığında həlak olmuş ikinci çex Jatets şəhərindən olan Voytex Qlinkadır. O da İ.Steyskal kimi 1-ci “Vostok” briqadasının döyüşçüsü olub. Ailəsinin bildirdiyinə görə, keçən il V.Qlinka Ukraynada ailə qurmuşdu.

Çexiyanın Xarici İşlər Nazirliyi bu barədə verdiyi açıqlamasında bildirib ki, Ukraynaya vuruşmağa gedən vətəndaşlarını izləmir. Buna görə də onların ölüm faktını təsdiqləyə bilmir./ans/


Müəllif:

Oxşar xəbərlər