İslam üzrə ixtisaslaşan kosovalı jurnalist Visara Durikinin başını kəsməklə hədələyiblər.
Bu haqda RİA agentliyi xəbər verib.
Durikinin sözlərinə görə, o, əsasən Facebook sosial şəbəkəsi vasitəsilə çoxsaylı təhlükəli təhdidlər alıb.
"Bəzi musəlmanlar mənim başını kəsməklə hədələyirdilər. Mən ümid edirəm ki, bizim polisimiz buna sürətli reaksiya verəcək, çünki mənim həyatıma təhlükə var", - deyə kosovalı jurnalist bildirib.
Eyni zamanda "Sərhədsiz müxbirlər" təşkilatı Durikin taleyiylə bağlı "ekstremal narahatçılığı" bildirib və öz-özünü elan etmiş respublika hakimiyyətini jurnalistin təhlükəsizliyinin lazımi səviyyəsini təmin etməyə çağırıb./ANS/