Meksikada avtobusun iştirakı ilə yol qəzası baş verib.
Teleqraf.com-un məlumatına görə, qəza nəticəsində on bir nəfər həlak olub. Sakateka ştatında baş verən hadisə nəticəsində hemçinin 18 nəfər yaralanıb. Ölənlər arasında ən azı üç uşaq var.
İlkin məlumatlara əsasən, qəza avtobus sürücüsünün sükan arxasında yuxuluması səbəbindən olub.