Ukraynanın yeni prezidenti Vladimir Zelenski Türkiyədə 3 günlük istirahətini başa vuraraq Kiyevə qayıdıb.
Teleqraf.com xatırladır ki, Zelenski Muğlanın Bodrum rayonunda ailəsi ilə 3 gün istirahətdə olub.
Bu gün səhər saatlarında Vladimir Zelenski Bodrumda istirahət etdiyi 5 ulduzlu oteldən çıxıb. Oteldən ayrılarkən Zelenski onu yola salan türk məmurlarla bir-bir görüşüb.
Prezidenti hava limanından Muğla valisi Esengül Civelek və Eren Arslan yola salıb.