29 Aprel 2019 11:24
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Feldmarşal Xəlifə Haftarın tələbi ilə xarici hərbi təyyarələr Liviyanin paytaxtı Tripolidə yaşayış məntəqələrinə zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Liviya Milli Həmrəylik Hökumətinin (UMH) Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Açıqlamada qeyd edilir ki, müharibə cinayətkarı Xəlifə Haftarın tələbi ilə xarici ölkələrin hərbi təyyarələri tərəfindən paytaxt Tripolidə əhalinin kompakt yaşadığı Ebu Səlim rayonuna zərbələr endirilib.

Açıqlamada BMT Təhlükəsizlik Şurasına, nəhəng dövlətlərə və beynəlxalq aləmdən hücumların dayandırılması, mülki əhalinin qorunması və hücumlarda iştirak edən xarici ölkələr haqqında araşdırmalar aparılmasına dair çağırış da edilib.

Bəyanatda general Haftara bağlı ordunun Liviyanın əsas gəlir qaynağı olan neft sahələrini işğal etdiyi bildirilir və bu hadisənin dünya neft bazarında silkələnmələrə səbəb olacağı xatırladılır.


Müəllif: Cavad

Oxşar xəbərlər