29 Aprel 2019 12:50
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Stokholm Sülh Araşdırmalar İnstitutu (SIPRI) 2018-ci ildə ölkələr üzrə müdafiə xərclərinin artaraq, 1 trilyon 800 milyard dollar olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, hesabata əsasən, qonşu Türkiyə bu sıralamada 15-ci yerini qoruyub.

Bu ölkə əvvəlki illə müqayisədə hərbi xərcləri 24% artırıb.

Hesabata görə, müdafiə xərcləri üçün ən böyük büdcəni ABŞ ayırıb. İllik xərci 649 milyard dollara çatan ABŞ əvvəlki illə müqayisədə xərclərini 4% artırıb.

Siyahıda müdafiə xərclərini 36% artıran digər dünya nəhəngi Çin təqib edir. Çin 2018-ci ildə müdafiə xərcləri üçün 250 milyard dollar vəsait ayırıb. Bu isə əvvəlki illə müqayisədə 36% artım deməkdir.

Səudiyyə Ərəbistanı isə 67 milyard 600 milyon dollarla üçüncü sıradakı yerini qoruyub. Səudiyyəni Hindistan və Fransa təqib edir.

2018-ci ildə hərbi xərcləri üçün 61 milyard 400 milyon dollarlıq büdcə ayıran Rusiya dördüncü yerdən altıncı yerə geriləyib. Rusiya bununla 2006-cı ildən bu yana ilk dəfə olaraq ilk beşlikdəki yerini itirb.

SIPRI-nin hesabatına görə, dünyada silahlanma üçün adambaşına 239 dollar xərclənir. Bu, dünya ölkələrinin Ümumi Daxili Məhsul (ÜDM) istehsalının 2.1%-ni təşkil edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər