“Ukraynalılara Rusiya pasportlarının verilməsi prosedurunun sadələşdirilməsi haqda danışmaq hələ tezdir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Lakin o bu məsələnin müzakirəsini istisna etməyib:
“Bu haqda danışmaq hələ tezdir. Lakin gündəmdə belə bir məsələ var. Bunu müzakirə edirik. İndiyədək Ukrayna vətəndaşları haqda bir qərar verməmişik”.
Qeyd edək ki, Rusiya KİV-də Ukrayna və bir sıra respublikaların vətəndaşlarına rus pasportlarının verilməsi prosedurunun sadələşdirilməsi haqda məlumat yayılmışdı. Bu ölkələr arasında Azərbaycanın da adının olduğu ehtimal edilir.
Ukrayna hökuməti buna görə rəsmi Moskvaya etiraz edib.