29 Aprel 2019 19:42
1 714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan ərazisində yaşayan etnik qrupların dillərinin öyrənilməsi vacibdir. Etnik münaqişələr güclü dövlətlərin dağılmasına gətirib çıxarır.

Teleqraf.com xəbər verir ki, bu sözləri aprelin 29-da Qazaxıstan Xalqlar Assambleyasının XXVII sessiyasının iclasında çıxış edən ölkənin birinci Prezidenti Nursultan Nazarbayev deyib.

Qazaxıstanın dünyada sülhməramlı dövlət kimi tanındığını bildirən N.Nazarbayev ölkənin bütün yaxın və uzaq qonşular arasında etibar qazandığını diqqətə çatdırıb. “Ölkəmiz Dağlıq Qarabağ, Pakistan-Hindistan, İran-Suriya, Rusiya-Türkiyə gərginliklərinin azaldılmasına yardım edib. Rusiya ilə Ukrayna arasındakı münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq”, - deyə o, əlavə edib.

Qeyd edək ki, N.Nazarbayevin sədri olduğu XXVII sessiyanın “Sülh və həmrəylik formulu: sosial birlik və modernləşmə” mövzusunda keçirilən iclasında ölkənin bütün vilayətlərindən etnik mədəniyyət mərkəzlərinin 1500-dən çox nümayəndəsi iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər