30 Aprel 2019 07:05
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər Türkiyə NATO-nun standartlarına uyğun olmayan silah sistemini alırsa, bunun nəticələrini də nəzərə almalıdır.

Teleqraf.com-un məlumata görə, bu barədə Almaniyanın Türkiyədəki səfiri Martin Erdman bildirib.

Səfir deyib ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekləri alması Almaniyada ciddi narahatlıq doğurur.

M.Erdman eitraf edib ki, hər bir dövlət dünya bazarında sərbəst şəkildə silah ala bilər, lakin Türkiyə NATO-nun standartlarına uyğun olmayan sistemlərin alınması barədə qərarın nəticələrini də nəzərə almalıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər