30 Aprel 2019 08:05
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Estoniyada nazirə qarşı məişət zorakılığı ilə bağlı cinayət işiaçılıb.

Ədliyyə naziri Rayvo Aeqin verdiyi məlumata görə, informasiya texnologiyaları və xarici ticarət naziri Marti Kuuzik barəsində yoxlama keçirilib, onun nəticələri üzrə cinayət işi qaldırılıb.

Nazir qeyd edib ki, araşdırmalar zamanı ciddi ittihamlar ortaya çıxıb və fiziki zorakılığın tətbiqi maddəsi üzrə cinayət işinin qaldırılması barədə qərar qəbul edilib. Hüquq-mühafizə orqanları kütləvi informasiya vasitələrlərində dərc edilmiş faktları araşdırmağa davam edir.

Daha əvvəl yerli mətbuat bildirib ki, nazir Marti Kuuzik bir neçə il keçmiş həyat yoldaşını mənəvi və fiziki üsulla ələ salıb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər