Fransada son 4 ayda 28 polis intihar edib.
Teleqraf.com xəbər verir ki, bu ölkənin polis strukturunda intiharlar artan xətt üzrə davam edir.
“Sarı jiletlilər”in aksiyaları səbəbi ilə təzyiq altında olduğu bildirilən və intihar edən polislərin sayı son 4 ay üçün 28 nəfər olub.
France24-ün xəbərinə görə, Fransada polislər arasında intihar artımı hökuməti hərəkətə gətirib.
Hökumət intiharların qarşısını almaq üçün polis təşkilatların daxilində müvafiq qruplar yaradıb.
Qeyd edək ki, 2018-ci ildə Fransada 35 polis intiharı qeydə alınıb.