NATO-nun hava polisi missiyası çərçivəsində İtaliya hərbi hava qüvvələrinə aid Eurofighter hərbi təyyarələri Rumıniyada yerləşdiriləcək.
Teleqraf.com xəbər verir ki, Almaniyadakı NATO Hava Komandanlığının açıqlamasına qeyd edilib ki, Eurofighter hərbi təyyarələri may-avqust ayları arasında Rumıniyanın cənubundakı Mixail Kogalnivceanu hava bazasında olacaq.
Qeyd edək ki, Rumıniyada yerləşdirilən təyyarələr NATO hava polisi rejiminə uyğun olaraq uçuşlar həyata keçirərək, sərhəddə nəzarət edəcəklər.
Xatırladaq ki, Rusiyanın 2014-cü ildə Krımı ilhaqından sonra NATO tərəfindən hava polisi qurumu yaradılıb. Bu çərçivədə 130 nəfərlik İtaliya personalı Rumıniya hava polisi strukturu ilə birlikdə hava nəzarətini həyata keçirəcək.