1 May 2019 00:42
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Bazarın Tənzimlənməsi Komitəsinin qərarı ilə xurma ixracı bu gündən qadağan edilib.

Teleqraf.com-un məlumatına görə, Ramazan ayı ərəfəsində bazara nəzarət etmək məqsədilə xurma ixracı qadağan edilib.

Həmçinin qərara alınıb ki, topdansatış bazarlarında xurmanın qiyməti təsdiqlənmiş qiymətdən minimum 15% aşağı satılsın.

Habelə Ramazan ayında şəkər və yağın qiymətinin dəyişməməsi haqqında qərar verilib.

Qeyd edək ki, son həftə ərzində İranda 1 kq xurmanın qiyməti 300-350 min riala (təxminən 7,14-8,33 dollar) qədər bahalaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər