1 May 2019 11:43
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Dortmund şəhərində Ramazan ayı müddətində tədbir məqsədilə qurulan çadırlara gecə hücum edilib.

Teleqraf.com xəbər verir ki, şəxsiyyəti bəlli olmayan adamlar çadırlara nasist simvolu olan xaç işarələri çəkib.

Ramazan bayramı münasibəti ilə keçiriləcək festivalın təşkilatçısı Ergün Özqara deyib ki, iki gecə hücuma məruz qalıblar: “Gecə su çənlərinə zərər veriblər, çadırlara rənglər sürtərək çirkləndiriblər. Bir gün sonra isə gecə çadırlara nasist simvolu olan xaç işarələri çəkiblər”.

Qeyd edək ki, faktla bağlı Dortmund polisinə məlumat verilib.


Müəllif: Cavad

Oxşar xəbərlər