1 May 2019 15:22
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının sədr müavini Andrey Vtyurini tutduğu vəzifədən azad edib.

Teleqraf.com xəbər verir ki, dünən barəsində rüşvət almaqda ittiham olunaraq saxlanıldığı xəbəri yayılan Andrey Vtyurinin işdən çıxarılması haqda fərman aprelin 24-də verilib. Sənəd bu gün milli hüquq portalında dərc edilib.

Qeyd edək ki, Vtyurin 2007-ci ildən 2014-dək Belarus prezidentinin Mühafizə Xidmətinin rəhbəri olub.

2014-cü ildə Təhlükəsizlik şurasının sədr müavini təyin edilib. O, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni , 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə mükafatlandırılıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər