Gürcüstanda Amerika hərbi bazasının tikintisi məqsədəuyğun deyil və təxribat kimi şərh edilə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib:
“Bunu tövsiyə etmirəm. Təxribat kimi qəbul edilə biləcək addımlar atmağa ehtiyac yoxdur. Eyni zamanda, Birləşmiş Ştatların burada təkcə Rusiyanın yox, habelə regionumuzda aktiv fəaliyyət göstərən terrorçu qruplaşmaların da diqqətini çəkəcək baza tikmək istədiyini düşünmürəm”.