1 May 2019 17:09
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

“FETÖ üzvlərinin “dini təzyiqlərə məruz qalan sünni müsəlmanlar” adlandırılması bu hesabatın qərəzli olduğunu və şər qüvvələrin sifarişi ilə hazırlandığını ortaya qoyur”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar Komissiyasının 2019-cu il hesabatında Türkiyə ilə bağlı irəli sürülən ittihamlara cavab verərkən deyib.

“Terror təşkilatı olduğu onlarla məhkəmə qərarıyla sübut edildiyi halda, FETÖ-nün “Türk hökuməti tərəfindən dövlət çevrilişi etməkdə ittiham olunan Gülən və müridləri” adlandırılması terrorizmə dəstək vermək deməkdir”, - deyə XİN rəsmisi qeyd edib.

Hami Aksoy ABŞ-ın Türkiyədə yaşayan dini azlıqların nümayəndələrinə qarşı ayrı-seçiklik iddiasının qərəzli olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər