Böyük Britaniyanın Müdafiə naziri Qevin Uilyamson Milli Təhlükəsizlik Şurasının iclasında məlumat sızmasının araşdırılmasından sonra istefaya göndərilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş nazir Tereza Meyin dəftərxanasına istinadən "Sky News" məlumat yayıb.
Bildirilir ki, Baş Nazir ona qarşı etibarını itirib.
Müdafiə naziri vəsifəsi Penni Mordonta həvalə olunub.
Qeyd edək ki, Qevin Uilyamson Çinin "Huawei" şirkətinə məlumat sızdırmaqda ittiham olunub.