2 May 2019 07:24
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyasının hərbi təyyarələri Yəmənin paytaxtı Sənada husilərin nəzarətində olan aviabazaya 13 zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, hava bazası paytaxtdakı hava limanın yaxınlığında yerləşir.

Dağıntılar və xəsarət alanlar barədə məlumat hazırda daxil olmayıb.

Əvvəllər koalisiya bəyan edib ki, husilər bu aviabazanı pilotsuz uçuş aparatı və raketlərin havaya buraxılması üçün istifadə edirlər.


Müəllif: Teleqraf.com