2 May 2019 11:19
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD lideri Əbubəkir əl Bağdadinin 5 illik fasilədən sonra yeni video-müraciətlə çıxış etməsi bir sıra mütəxəssisləri ciddi düşünməyə sövq edib.

Teleqraf.com xəbər verir ki, bəzi mütəxəssislər Bağdadinin bu müraciəti yaymaqla böyük risk etdiyini düşünürlər.

Fransız texnologiya mütəxəssisi Qriqorie Pouqet hesab edir ki, İŞİD xəlifəsi video yaymaqla böyük risk etsə də, onun kiber izləri silmək üçün xüsusi qrupu var: “Axmaq deyillər. Kiber izləri silməyə yarayan avtomobillərdən istifadə etmək çox çətindir. Hər şeyi bərbad etmədən fərqli texnoloji fənlərdən istifadə edirlər”.

İraqın Baş naziri Adil Əbdülmehdi isə bildirib ki, kəşfiyyat Bağdadinin ola biləcəyi 17 yeri müəyyən edib. Onun sözlərinə görə, sonradan bu yerlər üzərində təhlil aparılıb və Bağdadinin ola biləcəyi mümkün 4 yer müəyyən edilib: “Bağdadinin izolyasiya bölgəsində olduğu ehtimal edilir”.


Müəllif: Cavad

Oxşar xəbərlər