Vladimir Zelenskinin andiçmə mərasimi ölkədə görünməmiş formatda keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın seçilmiş prezidenti Vladimir Zelenskinin qərargahının üzvü Yuri Kostyuk bildirib.
“Hələlik inaurasiyanın tarixini bilmirik. Necə hazırlaşırıq – “fəndlər” haqqında düşünürük. Aydındır ki, Radada keçirilən rəsmi prosedur var. Biz həmin prosedura hörmət edirik. Yeri gəlmişkən, biz deputatları inauqurasiya üçün digər yerə aparmağın mümkünlüyü barədə də fikirləşirik, ancaq bunun üçün reqlamenti dəyişmək lazımdır. Ənənəvi prosedurlar var, onlara hörmət və əməl etmək lazımdır. Ancaq biz başqa şeylər barədə də düşünürük”, – deyə Kostyuk “Ukrayna həqiqəti”nə bildirib.
Y.Kostyuk daha sonra deyib:
“Biz müzakirə prosesindəyik, bütün sirləri açmaq istəmirəm. Mən fikirləşirəm ki, hələ bu cür inauqurasiya olmayıb. Deyə bilərəm ki, maraqlı bir şey olacaq”.