Boko Haram terror təşkilatının Nigeriyanın Adamava əyalətinin Kudakaya kəndinə təşkil etdiyi hücumda yaralananlardan 4 nəfərin həyatının itirməsi ilə ölü sayı 30-a çatıb.
Teleqraf.com xəbər verir ki, hücumda 26 nəfər həyatını itirmiş, 34 nəfər yaralanmışdı.
2000-ci illərin əvvəllərindən Nigeriyada qanlı aksiyalara başlayan Boko Haramın 2009-cu ildən bu yana həyata keçirdiyi terror aktları nəticəsində 20 mindən çox insan həlak olub.
Təşkilat 2015-ci ildən ölkənin qonşuları Kamerun, Çad ve Nigerdə terror aktları törətməyə başlayıb.
Boko Haramın Çad gölü hövzəsindəki hücumlarında ən azı 2 min nəfər ölüb.
Keçmiş Boko Haram sözçüsü Əbu Musab əl-Barnavinin 2016-cı ildə özünü təşkilatın yeni lideri elan etməsi, 2009-cu ildən bu yana lider olan Əbu Bəkir Şekau ilə Barnavi arasında daxil qarşıdurmaya və bölünməyə səbəb olmuşdu.