Rus qırıcıları bu gün səhər saat 03:00 radələrində İdlib ətrafını bombalayıb.
Teleqraf.com xəbər verir ki, bombardmanı zamanı İdlib yaxınlığındakı Kansafra qaçqın düşərgəsində ata, ana və 3 uşaqdan ibarət bir ailə məhv olub.
Xatırladaq ki, Rusiya və Bəşər Əsədin qırıcıları Hama və İdlib ətrafında kəndləri, qəsəbələri “terror yuvası” adı alında bombalayır.
İndiyə qədər qırıcıların raket zərbələri nəticəsində onlarla mülki insan öldürülüb.