3 May 2019 07:46
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyada yol nəqliyyat hadisələri zamanı həlak olmuş velosipedçilərin sayı ilk dəfə avtomobil qəzasında ölənlərin sayından çox olub.

Teleqraf.com xəbər verir ki, 2017-2018-ci illərdə yol qəzalarında 206 velosipedçi, 201 avtomobil sürücüsü həlak olub. Ölənlərin əksəriyyəti 65 yaşdan yuxarı insanlardır. Velosiped idarə edənlər arasında ölüm sayının artması hollandların avtomobildən imtina edərək, velosipedə daha çox üstünlük verməsi ilə əlaqələndirilir.

Yerli Araşdırmalar İnstitutu isə ölü sayının artmasına baxmayaraq, bu nəqliyyat növünün daha az təhlükəli olduğunu iddia edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər