“İstanbulda keçirilən bələdiyyə seçkilərində məğlub olan AKP-də parçalanma qorxusu başlayıb. AKP daxilində xəyanətkar şəbəkənin olduğunu deyənlər belə var”.
Teleqraf.com xəbər verir ki, bunu türk politoloq Rahmi Turan deyib.
Ekspertin fikrincə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) rəhbərliyi daxili parçalanmanın qarşısını almaq üçün var gücüylə İstanbul seçkilərinin nəticəsini ləğv etməyə çalışır.