İranda qəsdən adam öldürmədə günahlandırılan daha 1 nəfər edam edilib.
Teleqraf.com xəbər verir ki, gənc məhkuma çıxarılan ölüm hökmü altı gün əvvəl icra olunsa da, bu barədə məlumat yeni yayılıb.
Naməlum səbəbdən qətl törətməkdə təqsirləndirilən İbrahimi soyadlı 21 yaşlı məhkum aprelin 27-də Kirmanşah həbsxanasında dara çəkilib.
Edam edilən şəxsin məhkəmə prosesi barədə məlumat verilməyib.