“Telefonla rusiyalı həmkarı Vladimir Putinlə danışan ABŞ Prezidenti Donald Tramp özünü Kremlin mətbuat katibi kimi hiss edirdi”.
Teleqraf.com xəbər verir ki, bunu CNN telekanalının aparıcısı Ceyk Tepper deyib.
Tepper telefon görüşündə prezidentlərin Venesueladakı son vəziyyət, 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkisinə Rusiyanın müdaxiləsi və Şimali Koreya gərginliyini müzakirə etdiyini bildirib:
“Lakin Tramp görüşdə özünü “rus mistifikatoru” kimi apardı. O, Putinə Venesueladakı vəziyyətlə maraqlanmadığını bildirdi. Onun bu açıqlaması Dövlət katibi Mayk Pompeo və müşaviri Con Boltonun səsləndirdiyi fikirlərə əks davranış idi.
Tramp görüş ərzində özünü Kremlin mətbuat katibi kimi hiss edirdi”.