Qışda 40 yaşlı ukraynalı müğənni Ani Lorak türk həyat yoldaşı Murad Nalçacıoğlundan boşandı.
Teleqraf.com xəbər verir ki, cütlüyün boşanmasına səbəb Nalçacıoğlunun xəyanəti olub.
Onlar Kiyevdə boşanıb və məhkəmə prosesi mətbuata qapalı keçirilib.
Aradan ötən bir neçə aydan sonra isə 41 yaşlı keçmiş ər Kiyevdə sahib olduğu məşhur “Famous” karaoke barının bağlandığını açıqlayıb. Sənətçinin pərəstişkarları bunun təsadüfi olmadığına inanırlar.
“Famous” beş ildir fəaliyyət göstərirdi və Kiyevdə yaşayan insanların favorit klubu sayılırdı. Klubun bağlanılmasının əsl səbəbi bəlli olmasa da, bu, Ani Lorakın Murada maddi dəstəyi dayandırması ilə izah olunur.
Keçmiş ərin əlində isə təkcə bir kosmetika şirkəti qalıb.