4 May 2019 18:15
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünyanın bir çox ölkəsində xristianlara qarşı zülm demək olar ki, soyqırım səviyyəsindədir”.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hantın əmri ilə hazırlanmış hesabatda bildirilib.

Sənəddə planetdə hər üç nəfərdən birinin dini zülmün qurbanı olduğuna diqqət çəkilib və xristianların ən çox zülmə məruz qalan dini kateqoriya olduğu iddia olunub.

Hesabatda vurğulanıb ki, Yaxın Şərqin bir çox ölkələrində yaşayan xristianlar tamamilə yox olmaq təhlükəsi və öz vətənlərindən kömək məcburiyyəti qarşısında qalıb.

Buna nümunə olaraq, Fələstində yaşayan xristianlar göstərilib və qeyd edilib ki, bu dinin nümayəndələrinin sayı 1.5%-dək azalıb: “2003-cü ilə qədər İraqda 1.5 milyon xristian yaşayırdı, bu gün isə bu rəqəm 120 min nəfərdən azdır”.

Yepiskop Filip Montstivin müəllifi olduğu hesabata görə, xristianlara qarşı edilən zülm getdikcə qəddar xarakter alır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər