Belarus Prezidenti Aleksandr Lukaşenkonun Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyi münasibətilə mayın 13-də Brüsseldə keçiriləcək tədbirlərdə iştirakı nəzərdə tutulmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər:
“Lukaşenko ölkəmizi təmsil etməyi xarici işlər nazirinə həvalə edib”.
Xatırladaq ki, Avropa İttifaqı mayın 13-də Brüsseldə keçiriləcək tədbirlərə A.Lukaşenkonu da dəvət edib.
2017-ci ildə də “Şərq Tərəfdaşlığı” sammitinə çağrılan A.Lukaşenkonu xarici işlər naziri Vladimir Makey əvəz etmişdi.