Suriynın İdlib şəhərinin cənubunda Türkiyə Silahlı Qüvvələrinə aid mövqelərə hücum edilib.
Teleqraf.com xəbər verir ki, hücumu Suriya ordusu həyata keçirib. Belə ki, türk hərbşilərin yerləşdiyi ərazilər top atəşinə tutulub. Hadisə nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 4 əsgəri yaralanıb. Onlar helikopterlər vasitəsilə təxliyə edilib.