İranın şərqində 3,5 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com-un Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadla verdiyi məlumata görə, yeraltı təkanların episentri Kerman şəhərindən 40 kilometr şərqdə, ocağı isə 9 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.