6 May 2019 08:06
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın Şeremetyevo hava limanında qəza enişi edən təyyarədə baş verən yanğın nəticəsində ölənlərdən ikisi uşaqdır.

Teleqraf.com-un məlumata əsasən, bunu Rusiyanın İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

Qeyd edək ki, dünən Moskvanın Şeremetyevo hava limanında "Sukhoi Superjet 100" təyyarəsində yanğın baş verib. Son məlumatlara əsasən, hadisə nəticəsində 13 nəfər həlak olub.

Göyərtəsində 78 nəfər olan təyyarə Moskvadan Murmanska uçurdu. Şeremetyevo hava limanında qəza enişi etdikdən sonra isə "Sukhoi Superjet 100" alışıb.

Təyyarənin ekipajı bildirib ki, yanğın təyyarəni ildırım vurduğuna görə baş verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər