6 May 2019 12:00
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Türkiyə gəmilərinin Aralıq dənizin şərqində təbii qaz axtarışlarını dayandırması barədə çağırış edib.

Teleqraf.com xəbər verir ki, Dövlət Departamentinin açıqlamasında Türkiyənin bu fəaliyyəti təxribat adlandırılıb və bölgədə təzyiqi artırmağa xidmət etdiyi bildirilib.

Departamentin sözçüsü Marqan Ortaqus Türkiyənin Kipr Respublikası sahillərinə yaxın sularda apardığı bu axtarışlardan narahat olduqlarını deyib:

“Bu addım təxibatdır və bölgədə təzyiqi artırmaq riski daşıyır. Türkiyə rəsmilərini bu axtarışları dayandırmağa və tərəfləri dialoqa dəvət edirik”.

Xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kiprdə keçirdiyi görüşlərdə Kiprin qərbində təbii qaz axtarışlarına başladlıqlarını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər