6 May 2019 12:17
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlarda siyasi açıqlamaları ilə tez-tez gündəmə gələn türk müğənni Gökhan Özoğuz bu dəfə Prezident Rəcəb Tayyib Ərdoğanın bələdiyyə seçkiləri haqda səsləndirdiyi fikirlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısının açıqlamasına sənətçinin reaksiyası birmənalı olmayıb.

Ərdoğanın “Qutulardan çıxanları qəbul etmirik, bu, demokratiye deyil, totalitar anlayışdır” açıqlamasına Gökhan belə reaksiya verib:

“Bu gün bu videonu gördüm. Cənab Ərdoğanın səsləndirdiyi fikirlər doğrudur. Amma “qutuda oğurluq” iddiasını başa düşmədim. Qutuların başında bütün partiyaların müşahidəçiləri var.

O bir şey nədir? İddia edlən dosyelərdə nə var? Kaş ki, biz də biləydik. Məsələnin konkretliyini bilmək istəyirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər