6 May 2019 14:18
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İrana mesaj vermək məqsədilə “USS Abraham Linkoln” təyyarə gəmisindən Yaxın Şərqə hücum qrupu ilə yanaşı bombardmançı təyyarə göndərəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton deyib.

O yaydığı açıqlamada bildirib ki, İranın ABŞ və müttəfiqlərinin mənafeyinə yönəlik hər hansı hücuma sərt qarşılıq veriləcəyinə dair konkret mesaj vermək məqsədilə USS Abraham Linkoln təyyarə gəmisindən qırıcı qrupla birlik bombardmançı da Mərkəzi Qüvvələr Komandanlığına göndəriləcək.

ABŞ-ın İranla müharibə aparmaq niyyətində olmadığını ifadə edən Bolton əlavə edib ki, hər hansı hücuma cavab verməyə tam hazırdırlar.


Müəllif: Cavad

Oxşar xəbərlər