Türkiyənin Osmaniyə şəhərində Mehmet Zəngin adlı şəxs ondan boşanmaq istəyən həyat yoldaşı Dilek Zəngini baltalayaraq öldürüb.
Teleqraf.com xəbər verir ki, qanlı olay cütlük arasında baş vermiş mübahisə zəmnində baş verib.
Mehmet Zəngin boşanmaq istəyən həyat yoldaşını yola gətirə bilməyəcəyini görüb baltayla hücuma keçib. Dəfələrlə baltanı üzünə və boynuna vurduğu qadınının həyatına son qoyub.
Qatil ər həbs olunub.