Vəkilləri PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu, 2011-ci ildən bu yana İmralı həbsxanasında baş tutan ilk görüş olub.
Səkkiz illik fasilədən sonra keçirilən görüşün quru aclıq aksiyası (“ölüm orucu”) ilə bağlı olduğu ehtimal edilir.
Yanvarın 12-də Abdullah Öcalan qardaşı Mehmet Öcalanla da görüşmüşdü.