Ermənistanda yol-nəqliyyat hadisələri nəticəsində 5-21 yaş arasında ölənlərin sayı artıb.
Teleqraf.com xəbər verir ki, bunu BMT-nin Yerevandakı daimi əlaqələndiricisi Şombi Şarp jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Ermənistanda yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin çoxu gənc nəslin nümayəndələridir.
Ermənistanın səhiyyə naziri Arsen Torosyan bildirib ki, 2018-ci ildə yol-nəqliyyat hadisələri nəticəsində 8 553 uşaq xəsarət alıb: "Bunun 189-u yol-nəqliyyat hadisələrinə aiddir. Xəsarət alan 98 uşaq 11 yaş həddindədir".
Bildirilib ki, 2019-cu ildə 937 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu da ötən ilin uyğun dövrü ilə müqayisədə 169 hadisə çoxdur.
Qeyd edək ki, BMT-nin Ermənistandakı ofisi mayın 6-12-də 5-ci qlobal yol hərkəti təhlükəsizliyi həftəsi keçirir.