6 May 2019 22:28
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Yüksək Seçki Qurumunun (YSK) İstanbuldakı bələdiyyə seçkilərinin nəticələrini ləğvi qərarına CHP-li Əkrəm İmamoğlunun reaksiya gecikməyib.

Teleqraf.com xəbər verir ki, o, sosial şəbəkədəki hesabında qərara münasibət bildirməzdən əvvəl xalqın Ramazan bayramını təbrik edib və gündəmdə xeyli mövzuların olduğunu yazıb:

“Bu Ramazan Türkiyəyə xeyirlər gətirsin. Ölkənin ciddi iqtisadi sıxıntıları var. İşsizlik var. Bunları birlikdə aşacağıq. İndi hamı mənimlə bağlı qərarla maraqlanır. YSK-nın rəsmi açıqlamasını, onun detallarını gözləyirəm. O zaman düşüncələrimi daha ətraflı bəyan edəcəm”.

İmamoğlu bildirib ki, hər şey çox gözəl olacaq: “Ümidinizi heç itirməyin. Biriləri xəta edəcək, pis işlərə qarışacaqlar, ancaq biz ümidi daşıyacağıq”.

Xatırladaq ki, YSK-nın qərarına əsasən, iyunun 23-də İstanbulda təkrar bələdiyyə seçkiləri keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər